Biləcəri qəsəbəsində məhəllədaxili yollar təmir olunur
Son 2 il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində sakinlərin rahat yaşayışını təmin etmək məqsədi ilə müxtəlif sahələrdə geniş işlər aparılır. Rayonun Biləcəri qəsəbələrində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Qəsəbələrin ərazisində əsas magistrallara çıxan daxili yollara yeni asfalt örtüyü salınır. Eyni zamanda, bu yaşayış sahələrinin ərazilərindəki mövcud torpaq əsaslı yollar da asfaltlanır.
Hal-hazırda Teymur Yaqubov küçəsində yerləşən 22, 24 və 26 saylı binaların həyəti və Natavan küçəsi asfaltlanır, Natavan küçəsində salınmış asfalt örtüyünün sıradan çıxan hissələri yenidən bərpa olunur.
Bundan əlavə rayonun Biləcəri qəsəbəsinin küçə və parklarında yaşıllıqlar salınır, dekorativ ağac və kollar əkilir.