5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şən startlar əyləncəli idman oyunu keçirildi
1 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 335 nömrəli tam orta məktəbdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şən startlar əyləncəli idman oyunu keçirildi.
Məktəblilərin böyük marağına səbəb olan turnirdə 30 oğlan və 30 qız olmaqla, ümumilikdə 60 məktəbli qalibiyyət üçün mübarizə apardı.
İdman oyununun nəticəsinə əsasən birinci yeri “Cəsur” komandası, ikinci yeri “Zəfər” komandası, üçüncü yeri “Uğur” komandası tutdular.
Qaliblərin mükafatlandırılma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və 335 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Məmmədova iştirak etdilər.