Şriftin ölçüsü :

Saytın rəngi :

"5 oktyabr - Beynəlxalq Müəllim Günü" münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətində 246 № li məktəb-liseyin və 30 № li tam orta məktəbin müəllimləri ilə görüş keçirildi.

05 oktyabr 2022 | 17:19

Ulu öndər Hеydər Əliyеv özlərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tərbiyə еdilib yеtişdirilməsində müəllim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şərəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şərəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, vətənpərvər vətəndаş hаzırlаyır. Müəllim dünyаdа yеgаnə şəхsiyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаlnız оnа еtibаr еdir.

5 oktyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanovanın, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyevin, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyevin iştirakı ilə 246 № li məktəb-liseyin və 30 № li tam orta məktəbin müəllimləri ilə görüş keçirildi. Görüş iştirakçıları cəmiyyətimizin memarları olan müəllimlərimizi 5 oktyabr - Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edərək gələcəyimiz olan gənclərin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətlərini vurğuladılar.

Görüşdə iştirak edən müəllimlər onlara verilən yüksək dəyər və göstərilən diqqətə görə ölkə başçısına xüsusi təşəkkürlərini bildirərək, gələcəyimiz olan övladlarımızın bir vətəndaş kimi savadlı və vətənpərvər yetişməsində əməkləri keçməsindən qürur duyduqlarını söylədilər.

Keçidlər