Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğın təhlükəsizliyi məsələlərinə həsr olunmuş müşavirə keçirildi .

01 noyabr 2012 | 11:00

2012-ci il oktyabrın 31-də Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Vüsal İsmayılov açaraq tədbirin mahiyyəti barədə müşavirə iştirakçılarına məlumat verdi.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri, yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları, yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları, yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti, yanğın zamanı ilkin tibbi yardım və digər mövzular ətrafında Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Cəfər Məmmədov, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov, Dövlət Yanğın Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Mühafizə Hissəsininn əməkdaşı, mayor Tahir Xasıyev, Binəqədi rayon təcili və təxirəsalınmaz yardım stansiyasının həkimi Teyyub Tahirov, Binəqədi Rayon Kommunal-Təsərrüfatı Birliyinin rəis müavini Vəli Əliyev və başqa səlahiyyətli şəxslər çıxış etdilər.
Müşavirədə çıxış edənlər 2012-2013-cü illərin payız-qış mövsümü ərəfəsində və mövsüm zamanı istilik və elektrik enerjisinə tələbatın artması ilə əlaqədar yanğın ehtimallarının artdığını birdirərək, bununla əlaqədar profilaktik işlərə diqqətin artırılmasının zəruri olduğunu vurğuladılar.
Tədbirdə qeyri-standart cihazlardan istifadənin dəm qazından boğulma hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və bədbəxt hadisələr zamanı ilkin tibbi yardımın göstərilməsi mövzuları ətrafında müzakirələr aparıldı.
İştirakçılar təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi sahəsində tədbirin əhəmiyyətini vurğuladılar.
Sonda isə yanğınla bağlı videomaterial nümayiş olundu.
 

Keçidlər