Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin Sənaye ili elan olunması ilə əlaqədar Binəqədi rayonunda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulların sərgisi keçirildi

28 iyun 2014 | 10:00

İyunun 27-də  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Binəqədi Sahibkarları” İctimai Birliyi tərəfindən rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan müxtəlif təyinatlı məhsulların sərgisi keçirildi.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin “Sənaye ili” barədə fikirləri səsləndirildi.
Yarmarkada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və “Binəqədi Sahibkarları” İctimai Birliyinin sədri Yusif Ağayev iştirak etdilər.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov giriş sözü ilə açaraq İcra Hakimiyyəti ilə yerli sahibkarlar arasındakı əlaqələrin günbəgün mökəmləndiyinə toxundu və bu əlaqələrin rayonun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaratdığını vurğuladı.
Sənaye və qida məhsullarının yarmarkasında 70-ə yaxın sahibkar iştirak etdi və 22-si sənaye, 9-u qida müəssisəsi olmaqla, “Bakı Poladtökmə” ASC, “Xırman” MMC, “Saba” MMC, “Coca-Cola” və s., kimi məşhur müəssisələr öz məhsullarını nümayiş etdirdilər.
Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və  istirahət parkında  keçirilən yarmarkada rayon ictimaiyyətindən 1000-ə yaxın şəxs iştirak etdi.
İştirak edənlərin böyük marağına səbəb olan yarmarkada sərgilənən sənaye və qida məhsulları tədbir iştirakçılarına ödənişsiz olaraq paylandı.

 

Keçidlər