Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon qəsəbələri yeni inkişaf yoluna qədəm qoyur

01 iyul 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən abadlıq-quruculuq işləri Binəqədi rayonunun Xocasən və 28 May qəsəbələrində müsbət nəticə verib.
2012-ci ildən başlayaraq ölkə başçısının müvafiq sərəncamı ilə rayonun bütün yaşayış sahələrində olduğu kimi, Xocasəndə də böyük abadlıq-quruculuq işlərinə başlanıldı. Sulutəpə qəsəbəsindəki mərkəzi yollar qısa vaxtda müasir səviyyədə təmir edildi, burada müasir işıqlandırma sistemi quraşdırıldı. Qəsəbənin digər yolları da asfaltlandı. Bakı-Şamaxı yolu genişlənidirilərək yenidən quruldu, yeni park salınaraq sakinlərin istifadəsinə verildi, qəsəbədə məişət tullantılarının vaxtında daşınması məqsədilə xüsusi təyinatlı yeni texnika və konteynerlər alındı, yeni məişət tullantılarının müvəqqəti toplanması meydançaları tikildi, yeni kanalizasiya xətləri çəkildi.
Hazırda Bakı-Şamaxı yolunun Xocasən qəsəbəsindən keçən hissəsi əsaslı şəkildə yenidən qurulur. Yolkənarı hasarlara müasir üzlük daşlar vurulur, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılır. Şamaxı istiqamətindən gələn yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, magistral yol genişləndirilir.
Abadlıq-quruculuq işləri qəsəbənin “Yuxarı Sulutəpə” və “Çiçək” yaşayış massivlərində də aparılır. Yolboyu ərazilər abadlaşdırılır, fərdi yaşayış evlərinin fasadları, dam örtükləri dəyişdirilir, köhnə darvazalar yeniləri ilə əvəz edilir.
Bakı-Şamaxı yolunda sakinlərin təhlükəsiz və rahat gediş-gəlişinin təmini məqsədilə yerüstü keçid və dayanacaqlar quraşdırılıb. Ərazinin relyefinə uyğun quraşdırılan bu cür müasir dayanacaqlardan Bakı şəhərində ilk dəfə olaraq məhz Binəqədi rayonunda istifadə olunur. Hər tərəfdən şüşə ilə əhatə olunmuş bu dayanacaqlarda sakinlər küləkli, yağışlı, qarlı havadan rahat qoruna biləcəklər.
Həmçinin, rayonun 28 May qəsəbəsi İzlivnoy küçəsində də abadlıq-quruculuq işləri aparılır. Belə ki, Bakı-Şamaxı yolunun 28 May qəsəbəsindən keçən hisissəsində yolun ətrafı abadlaşdırılır, ağaclar, kollar, güllər əkilir, sakinlərin fərdi evlərinin hasarları rənglənir, həyətlərə yeni giriş qapıları qoyulur, yolların ətrafı asfaltlanır. Hal-hazırda aparılan bütün quruculuq işləri surətlə davam etdirilir.

Keçidlər