Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinə start verildi

02 iyul 2014 | 10:00

8 dekabr 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Baş Assambleyası ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etdi. Tarixdə ilk dəfə keçirilməsi planlaşdırılan bu mötəbər tədbir ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verildi. Layihənin keçirilməsində əsas məqsəd Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində start verilən layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanmışdır. Sərəncama əsasən Tədbirlər Planı təsdiq edilmiş, onun icrası məqsədilə müvafiq komissiya yaradılmışdır.

Keçidlər