Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olundu

03 iyul 2014 | 10:00

İyulun 2-də Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd edildi. Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Aparatın məsul işçiləri, İdarənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq uzun və şərəfli yol keçən Azərbaycan polisinin bu gün də xalqa, Vətənə, dövlətə ləyaqətlə xidmət etdiyini, qanunun keşiyində ayıq sayıq dayandığını bildirdi. Tədbir İdarənin əməkdaşı polis polkovnik-leytenantı Vaqif Abbasovun ölkəmizdə polis orqanlarının yaranma tarixi barədə çıxışı ilə davam etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. İ.Süleymanov Möhtərəm Prezidentimiz cənab ilham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladı və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təbriklərini çatdırdı.
Sonda xidməti vəzifəsində fərqlənən bir qrup polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edildi.
Həmçinin, daxili işlər orqanlarında xidmət edən Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə Rayon İcra Hakimiyyətində görüş oldu. Onlara rayon rəhbərliyinin təbrikləri çatdırılararaq ən xoş arzular bildirildi və hədiyyələr təqdim edildi.

 

Keçidlər