Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində iyun ayında aparılan abadlıq-quruculuq işləri

08 iyul 2014 | 10:00

2014-cü ilin iyun ayında Binəqədi rayonu ərazisində 403 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 291 p/m su xətti dəyişdirilib. 484 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 102 p/m kanalizasiya xətti dəyişdirilib, 4405 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində iyun ayı ərzində ümumilikdə 6958 p/m qaz xətti çəkilib, 287 ədəd smartkart tipli sayğac quraşdırılıb.
M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 51 ədəd ventil,  7 ədəd siyirtmə dəyişdirilib, 134 ədəd siyirtmə təmir edilib və aşağı paylama xəttində 94 m boru bərpa edilib. 7-ci mikrorayonda binaların istilik xəttində 132 m boru, 5 ədəd siyirtmə təmir edilib, 8-ci mikrorayonda 31m boru dəyişdirilib, Azadlıq prospekti, Ə.Naxçıvani, C.Hacıbəyli, A.Gəraybəyli küçəsində 59 m boru dəyişdirilib, 14 ədəd siyirtmə bərpa edilib.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib. KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib.
759-TM-də 1 ədəd 1600A baş ayrıc quraşdırılıb, 1126 saylı KTM-də SİP kabel xətti çəkilib. TM 11və TM-9-da tamamlama işləri başa çatdırılıb
6, 7, 8 və 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 354 ədəd yararsız lampa, 70 ədəd drossel, 275 m yanmış kabel dəyişdirilib.
16 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 8 yaşayış binasının girişi  təmir edilir. 1 binada 2155 kv.m yumşaq dam örtüyü təmir edilib. 
8-ci mikrorayon ərazisində olan 4 binada su xəttləri yenidən çəkilir. 3 binanın həyətində abadlıq işləri aparılır, 1 binanın həyətində əhalinin kütləvi tədbirlər evinin yenidən qurulması işləri davam etdirilir, 3 binanın liftləri təmir edilib.
Yollara 21535 kv.m asfalt örtüyü çəkilib. Azadlıq prospektində 2900 ədəd gül əkilib.

Keçidlər