Şriftin ölçüsü :

Saytın rəngi :

9-cu mikrorayonda növbəti park istifadəyə verildi

10 iyul 2014 | 10:00

Bu gün Azərbaycanın bütün bölgələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtsadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir. Bütün bunlar insanların rifahının yüksəlməsinə xidmət edir. Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbə və mikrorayonlarda da qabarıq hiss olunur.
Son iki ildə «Abad Məhəllə» layihəsi çərçivəsində rayonun ayrı-ayrı ərazilərində yeni istirahət parkları tikilib, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənib, müasir küçə fənərləri, yeni, yaraşıqlı dayanacaqlar quraşdırılıb.
Belə parklardan biri də Binəqədi rayonu, 9-cu mikrarayon Adil Məmmədov küçəsi 115 ünvanında salınıb. Salınmış yeni parkın  ərazisinə 1650 m2 qazon vurulub, 5 minə yaxın müxtəlif adda gül kolu və həmişəyaşıl ağaclar əkilib, parkın girişlərində sarmaşıqla örtülmüş 5 arka quraşdırılıb. Bundan əlavə, sakinlərin rahat istirahəti üçün vanil gülünün kolundan hazırlanmış 1 ədəd sarmaşıqlı söhbətgah, 2-si sarmaşıqlı olmaqla 28 ədəd oturacaq, 40 ədəd işıq dirəyi, 15 ədəd urna, eləcə də fantan istifadəyə verilib. Parkda kiçik idman meydançası, həmçinin uşaq əyləncə guşəsi yerləşdirilib.
İyulun 5-də Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı oldu və “Təmiz Binəqədi” layihəsinə start verildi. Tədbir konsert proqramı ilə başa çatdı.

Keçidlər