Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən Təmiz Sahibkarlıq Obyekti” müsabiqəsinə start verildi

11 iyul 2014 | 10:00

10 iyul 2014-cü il tarixdə, “Hollywood” iş mərkəzində “Təmiz Binəqədi” lahiyəsi mövzusunda “Ən Təmiz Sahibkarlıq Obyekti” müsabiqəsi ilə əlaqədar tədbir  keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, RİH başçısı Aparatının əməkdaşları və 80 nəfər sahibkar iştirak etdi.
“Ən təmiz sahibkarlıq obyekti” devizi ilə keçirilən tədbirə sədrlik edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov giriş nitqi söyləyərək  tədbiri açıq elan etdi. Vüsar İsmayılov “Təmiz Binəqədi” sosial layihəsinin əhəmiyyətindən danışdı, belə ictimai-faydalı işə cəmiyyətin hər bir üzvünün, eləcə də sahibkarların xüsusi diqqət yetirməsinin vacib olduğunu vurğuladı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev  “Təmiz Binəqədi” layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Binəqədi rayonu ərazisində nəzərdə tutulan tədbirlər barədə danışan Y.Əliyev RİH başçısı tərəfindən müvafiq sərəncam imzalandığını diqqətə çatdırdı, “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçiriləcək müsabiqənin məqsəd və vəzifələri haqqında, eyni zamanda müsabiqənin keçirilmə şərtləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.
“Binəqədi Sahibkarları” İctimai Birliyinin sədri Yusif Ağayev “Ən Təmiz Sahibkarlıq Obyekti” adı altında keçiriləcək müsabiqə ilə əlaqədar sahibkarlarla koordinasiya işinin təşkili haqqında ətraflı məlumat verdi.
Sonda müzakirələrə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar     İsmayılov yekun vurdu.

Keçidlər