Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirildi

17 iyul 2014 | 10:00

17 iyul 2014-cü il tarixdə Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Binəqədi Rayon İcra Hakimiyyətində oldu.
A.Qriqoriu Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşdü. Qonağı salamlayan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov A.Qriqoriunun simasında cəsarətli, əzmkar, ədalətli bir şəxsi görməkdən məmnun olduğunu diqqətə çatdırdı. İ.Süleymanov Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyətinə görə Moldova ombudsmanı Aureliya Qriqoriuya təşəkkür etdi. Sonra qonağa xatirə hədiyyəsi təqdim edildi.
Moldovalı ombudsman Rayon İcra Hakimiyyətinin inzibati binasında işçilər üçün yaradılmış şəraitlə tanış oldu, Sakinlərin Müraciəti Xidməti, Operativ idarəetmə otağında oldu. Sonra A.Qriqoriu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında oldu, qonaqla Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında görüş keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutununun rektoru Asəf Zamanov və Binəqədi gəncləri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Moldovalı ombudsman Aureliya Qriqoriu haqqında məlumat verərək, onun Azərbaycan xalqının yaxın dostu olduğunu qeyd etdi. R.Göyüşov bildirdi ki, Aureliya Qriqoriu Azərbaycan reallıqlarının dünya miqyasında yayılması, Ermənistanın Azərbaycana təcüvüzü Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi və Xocalı genosidi haqqında Ermənistanda “Dondurulmuş münaqişələr zonasında insan hüquqlarının qorunması” mövzusunda keçirilmiş konfransda beynəlxalq ictimaiyyətə geniş məlumat verib, ölkəmizin haqq səsini beynəlxalq birliyə çatdırıb. Bundan sonra o Ermənistan dövləti və erməni diasporunun çoxsaylı hücumlarına, hədələrinə məruz qalıb. Sədr bildirib ki, ötən il İrəvanda keçirilmiş bu konfransdan sonra Aureliya Qriqoriu çox çətinliklə Moldovaya qayıdıb.
Çıxış edən Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Binəqədi rayonunda olmaqdan və Binəqədi gəncləri ilə görüşməkdən məmnunluq duyğununu qeyd etdi. O Azərbaycanı çox sevdiyini və burada ona göstərilən  münasibəti yüksək qiymətləndirdiyini bildirdi. Aureliya Qriqoriu Ermənistanda keçirilən“Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı konfransdakı çıxışından sonra ermənilərin ona çoxsaylı mənəvi təzyiqlər göstərdiyini, onu hədələdiyini bildirdi. O işğal, qaçqınların mövcudluğu, münaqişə zamanı insan hüquq və azadlıqların pozulması, genosid kimi faktların beynəlxalq birliyin diqqətinə çatdırılmasının vacibliyindən danışdı. Moldovalı ombudsman Dağlıq Qarabağı işğal edən Ermənistanın və işğal altında olan ərazilərdə vəhşiliklər törədən şəxslərin adalarının məlum olduğunu və onların Beynəlxalq Məhkəmə tərəfindən məhkum olunmasının vacibliyini bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov Moldovalı ombudsmana Azərbaycan üçün göstərdiyi fədakarlığa görə təşəkkür etdi. O Moldovalı ombudsmanın İrəvanda Azərbaycanı müdafiə edən çxışının beynəlxalq aləmdə böyük rezonans doğurduğunu və Azərbaycanın haqq səsinin konfransda olan beynəlxalq təşkilatların nümayəndələrinə çatdırılmasının mühüm hadisə olduğunu qeyd etdi.
Sonra tədbir gənclərin Moldovalı ombudsman Aureliya Qriqoriuya müxtəlif mövzularda onları maraqlandıran sualların verilməsi və qarşılıqlı müzakirə şəklində  davam etdi.
Ombudsman Aureliya Qriqoriu şərəfinə verilmiş naharda iştirak etdi.

Keçidlər