Binəqədi rayonunda iftar süfrəsi təşkil olundu
Ramazan ayı ərzində Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələr, əlillər və müxtəlif kateqoriyadan olan insanlar üçün iftar süfrələri açıldı.
İyulun 25-də Binəqədi Rayon İcra Hakimiyyəti dindarlar və rayon ictimaiyyəti üçün açdığı iftar süfrəsində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri ilə yanaşı, görkəmli alim akademik Vasim Məmmədəliyev də iştirak etdi. İftar mərasimində Ramazan ayının dini və sosial mahiyyətindən bəhs edildi, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd edildi, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əminamanlıq arzulandı. Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulandı.
İftar mərasimi muğam ustası respublikanın əməkdar artisti Zabit Nəbizadənin ifasında səslənən muğam və təsniflərlə daha yaddaqalan oldu.