Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi” layihəsi çərçivəsində HB.Co.LTD şirkəti tərəfindən təmizlik aksiyası təşkil olundu

25 iyul 2014 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda icrasına start verilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində təmizlik aksiyaları davam etdirilir.
HB.Co.LTD şirkətinin təşəbbüsü ilə təşkil olunmuş “Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən növbəti aksiya Binəqədi rayonu A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə etdi. Aksiyada HB Co.LTD şirkətinin baş direktoru Hikmət Butayev, şirkətin icraçı direktoru, şirkət üzrə ərazi ilk partiya təşkilatının sədri Təşkilat Ağayev, YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, HB Güven klinikasının həkimi Nahidə Mahmudova, ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Şəhriyar Səmədzadə və ərazi ilk partiya təşkilatının 40 nəfər fəalı iştirak etdi.
Aksiya çərçivəsində fəallar ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara  qulluq edilməsi, ərazidə olan polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak etdilər.
İməclikdə eyni zamanda HB Co.LTD şirkətinin fəalları tərəfindən əhalinin maarifləndirilməsi işi aparıldı. Bu məqsədlə sakinlərə layihə haqqında ətraflı məlumat verildi, eyni zamanda sakinlərə üzərində “Təmiz Binəqədi” layihəsi ilə əlaqədar hazırlanmış müxtəlif  bukletlər, bloknotlar və digər maarifləndirici çap materialları paylandı.
Tədbirdə  YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Rayon Partiya Təşkilatının əməkdaşları iştirak edərək aksiyaya dəstəklərini nümayiş etdirdilər.
Aksiya başa çatdıqdan sonra ərazi ilk partiya təşkilatının fəalları və sakinlər çay süfrəsi ətrafında fikir mübadiləsi apardılar.
HB.Co.LTD şirkəti layihə çərçivəsində keçirilmiş ötən təmizlik aksiyalarında da yaxından iştirak etmişdir. Təşkil olunan təmizlik aksiyalarının davamlı olacağı bildirildi.

Keçidlər