Binəqədi-Biləcəri şosesində su-kanalizasiya xətləri yenidən qurulur
Azərbaycanda son 10 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. Ölkədə əldə edilən nailiyyətlərə öz payını verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi sahədə parlaq göstəricilər qazanılmış, son iki il ərzində Binəqədi rayonunda sakinlərin rahat, firavan yaşayışının təmin edilməsi baxımından müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinə, kommunal xarakterli problemlərin həllinə xususi diqqətlə yanaşılıb.
İnfrastruktur sahələrində yenilənmə və əsaslı təmir işləri rayonun Binəqədi-Biləcəri şosesində aparılır. Belə ki, həmin ərazidə əhalini ən çox narahat edən problemlərdən bir də su və kanalizasiya problemidir. Hal-hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən su-kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
Bu istiqamətdə görülən işlər Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar 1 iyul 2014-cü il tarixdən etibarən həyata keçirilən “Təmiz Binəqədi” layihəsinə bir töhfədir.