Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin iyul ayında daxil olan müraciətlər

02 avqust 2014 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Belə ki, ötən il 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.
2014-cü ilin iyul ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olan zənglərin sayı 3141, cavablandırılan zənglərin sayı 2684, birbaşa cavablandırılan zənglərin sayı 1975,  yaradılan əks əlaqələrin sayı  973, 1 operator üzrə zənglərin orta sayı 93, tərtib edilən şikayət vərəqələrinin sayı  695, icraçılıq səviyyəsi  98 %, xidmət səviyyəsi 97,2 % olub.
Şikayət xarakterli müraciətin 677-si və ya 98 %-nin icrası təmin edilib, o cümlədən 560-ı və ya 82,7 %-i tam həll olunub, 6-sı və ya 0,9 %-i qismən həll edilib, 111- i və ya 16,4 %-nə müvafiq izahat verilərək həll edilib, 18-i və ya 2 %-nin həlli icraatdadır.
İyul ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 482-si və ya 69,4 %-i  su-kanalizasiya, 103-ü və ya 15 %-i lift problemləri, 23-ü və ya 3,3 %-i qaz təchizatı, 29-u  və ya 4,2 %-i zibil və tullantılar ilə əlaqədar, 17-si və ya 2,4 %-i yolların yararsız olması ilə əlaqədar, 19-u və ya 2,6 %-i sakinləri narahat edən digər məsələlər, 17-si və ya 2,4 %-i elektrik təchizatı ilə bağlı, 5-i və ya 0,7 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub. Xidmətə 32 təşəkkür müraciəti daxil olub.

Keçidlər