Şahmat üzrə rayon turnirinin qalibləri mükafatlandırıldı
2012-ci il noyabrın 7-də 276 saylı orta məktəbin akt zalında XXV Spartakiadanın Proqramına daxil olan Şahmat üzrə rayon birinciliyinin bağlanış mərasimi keçirildi.
Tədbirdə 124-ü qız və 62-si oğlan olmaqla 31 məktəbin komandası iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Əbdülov iştirakçılara salamladı və tədbirin keçirilmə şərtləri ilə iştirakçıları tanış etdi.
Sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi. Rayon İcra başçısının salamlarını çatdıran V. İsmayılov iştirakçılara uğurlar arzuladı.
Çıxışlardan sonra final oyunları keçirildi. Yarışın nəticələrinə görə 102 saylı məktəbin komandası birinci, 30 saylı məktəbin komandası ikinci, 99 saylı məktəbin komandası isə üçüncü yerə layiq görüldü.
Sonda qalib komandalara Binəqədi Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları, Binəqədi Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olundu.