"Təmiz Binəqədi" layihəsi çərçivəsində vətənpərvərlik aksiyası keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Təmiz Binəqədi” layihəsi çərçivəsində Binəqədi rayonu ərazisində yerləşən şəhid və milli qəhrəmanların büst və barelyefəri rayonun fəal və könüllü gəncləri tərəfindən ziyarət olunmuş, təmizlənmiş və güllər qoyulmuşdur.
“Bakı 2015” I Avropa Oyunları ərəfəsində rayonda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun gənclərlə görüşü zamanı gənclərə vətən, ölkə sevgisindən söz açılmı və bu onları vətənpərvərliyə daha da ruhlandırmışdır. Xaləddin İsgəndərov gənclərin öz potensialından cəmiyyətin inkişafı üçün istifadə etməsinin zəruriliyinə toxunmuş və bu gün ölkə rəhbərliyi səviyyəsində gənclərin cəmiyyət həyatında layiqli iştirakı, eləcə də öz enerjilərinin, qurub yaratmaq həvəslərinin düzgün və səmərəli istifadəsi üçün hərtərəfli şərait yaradıldığını vurğulamışdır. Həmin görüşdə səslənən müxtəlif təkliflər arasında layihə çərçivəsində gənclər rayon ərazisində yerləşən şəhid və qəhrəmanların büst və baralyeflərinin ziyarət olunmasının, həmin ərazinin onlar tərəfindən təmizlənib abadlaşdırılmasının gənclərə vətən sevgisini daha da aşılayacağını qeyd etdilər.
Həyata keçirilən tədbirdə çox həvəslə iştirak edən gənclər öncə rayon ərazisində olan büst və baralyefləri ziyarət etdi, təmizlik işləri apardı və güllər qoydular.
Sonda gənclər Milli Qəhəmanlar parkında oldular və gül qoyma mərasimində iştirak etdilər.