Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 12 avqust - Beynəlxalq gənclər günü qeyd edildi

12 avqust 2014 | 10:00

Rəsmiyyətdən kənar və səmimi şəraitdə gənclərlə söhbət edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırki gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı. Vurğulandı ki, bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bu qayğının nəticəsidir ki, müasir Azərbaycan gəncliyi bir çox sahələrdə böyük uğurlara imza atmaqdadır. Vüsar İsmayılov gənclərə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.
Görüşdə artıq bir müddətdir ki, icrasına başlanılan “Təmiz Binəqədi” layihəsi barədə də geniş söhbət açıldı. Gənclərin könüllü olaraq layihəyə qoşulması və fəal iştirakı təqdirəlayiq hal kimi qiymətləndirildi. Bildirildi ki, məhz gənclərin səyi nəticəsində layihə ilə bağlı təbliğat işləri daha geniş formada həyata keçirilir. Gənclərdə öz növbəsində “Təmiz Binəqədi” layihəsində iştirakdan məmnun olduqlarını dedilər. Onların sözlərinə görə bu cür layihələrdə iştirak onların bir şəxsiyyət kimi formalaşması baxımından vacibdir. Görüş çərçivəsində sosial layihədə iştirak edən bir qrup könüllü gəncə mükafatlar təqdim edildi. Sosial şəbəkədə “Təmiz Binəqədi” layihəsi çərçivəsində “Ən aktiv səhifə” müsabiqəsinin qalibi Rauf Əliyev təltif edildi.
Tədbirin yekunu isə daha yaddaqalan oldu. Belə ki, rayonun kiçik yaşlı sakinləri əlamətdar gün münasibətilə gəncləri təbrik etdi. 
Ardından AF Hotel Aqua Park Ailəvi İstirahət Mərkəzində “Peintboll” hərbi idman oyunu keçirildi.
“Peintboll” hərbi idman oyununun keçirilməsində məqsəd 12 avqust - Beynəlxalq Gənclər gününün qeyd edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması və gənclərin hərbi xidmətə hazırlanması işinin təkmilləşdirilməsidir.
Oyunda 6 komanda tərkibində 40 nəfər gənc iştirak etdi. “Mübariz”, “052”, “Apokalipsis”, “Forsaj”, “Taqanroq”, “Qələbə” adı altında çıxış edən komandalar içərisindən oyunun nəticəsinə əsasən I yeri  “052”, II yeri “Apokalipsis”, III yeri isə “Forsaj” komandaları tutdular.
Sonda qalib komandalar kubok və diplomla mükafatlandırıldı.

Keçidlər