Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə sakinləri ilə görüşdü
2014-cü il avqustun 15-də Dəmiryolçuların Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 286 nəfər qəsəbə sakini iştirak etdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinlərindən Əmir Əsgərov, Ramazan Əliyev, Səbirə Cəfərova, Natiq Ağayev, Vüsal Məmmədov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova təntənəli şəkildə medalı təqdim etdi. Qeyd olundu ki, V.İsmayılovun bu medala layiq görülməsi işə olan məsuliyyəti daha da artırmalı, dövlətə, xalqa və sakinlərə layiqli xidmət göstərilməlidir.