Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayon sakinləri ilə görüşdü

28 avqust 2014 | 10:00

29 avqust 2014-cü il tarixdə Azadlıq prospekti 20 saylı binanın qarşısında yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və  127 nəfər mikrorayon sakini iştirak etdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra mikrorayon sakinlərindən Nuriyyə Səlimova, Muxtar Niftiyev, Şakir Quliyev, Möhtəməm Eniyev, Vidadi Həsənov və başqaları çıxış edərək, rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, eyni zamanda onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovu 60 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə ilə təbrik etdi.

Keçidlər