Binəqədi rayonunda avqust ayı ərzində aparılan abadlıq-quruculuq işləri
2014-cü ilin avqust ayında Binəqədi rayonu ərazisində 439 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 146 p/m su xətti dəyişdirilib, 790 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 154 p/m kanalizasiya xətti dəyişdirilib, 11692 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində ümumilikdə 1647,3 p/m qaz xətti çəkilib, 428 ədəd smartkart tipli sayğac quraşdırılıb.
6, 7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov prospekti, Azadlıq prospekti, A.Gəraybəyli, C.Hacıbəyli, Z.Qəmbərov və M.Cəlal küçələrində binaların istilik xəttində 218 metr boru və 92 ədəd siyirtmə dəyişdirilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib, KTM-840-da təmir işləri aparılıb, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib.
8-ci mikrorayon 71 saylı binada 1 ədəd 400 A ayrıc quraşdırılıb, 26 saylı binada 40 metr kabel dəyişdirilib, Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində 1 ədəd 630 kv-luq KTM quraşdırılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 253 ədəd yararsız lampa, 470 metr yanmış kabel və 61 ədəd drossel dəyişdirilib.
Rayon ərazisində 18 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 yaşayış binasının girişində təmir işləri aparılır.
8 binada 9576 kv.m yumşaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəz edilməsi işləri davam etdirilir, 10 binada 12328 kv.m yumşaq dam örtüyü təmir edilir.
8-ci mikrorayonda 4 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
8 binanın həyətində abadlıq işləri aparılır, 31 ədəd yeni işıq dirəyi quraşdırılıb.
Azadlıq prospektində çiçəklərə qulluq edilib və 2900 ədəd gül əkilib.
Rayonun 28 May qəsəbəsi, o cümlədən Bakı-Şamaxı yolunun qəsəbədən keçən hissəsi əsaslı şəkildə yenidən qurulub, abadlıq-quruculuq işləri aparılıb. Qəsəbənin İzlivnoy küçəsində kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində bir çox ərazilərdə məişət tullantıları üçün yeni konteynerlər yerləşdirilib, bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.