Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəblərində Bilik günü qeyd olundu

15 sentyabr 2014 | 10:00

  15 sentyabr 2014-cü il tarixində Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
   Məktəbliləri təbrik etmək üçün 182 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirak etdi. A.Əliyeva Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. RİH başçısının müavini ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 75 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğuladı. A.Əliyeva bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi. Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə 182 saylı tam orta məktəb binasının yeni korpusunun açılışı rayon təhsil işçiləri və məktəbliləri üçün əlamətdar hadisə kimi yadda qaldığı diqqətə çatdırıldı. RİH başçısının müavini təhsil sahəsində şahidi olduğumuz nailiyyətlər dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladı.
   Tədbirin ardınca A.Əliyeva  məktəb həyatına qədəm qoymuş birincilərin sinif otaqlarına daxil oldu, onları salamladı və ilk dərsin gedişi ilə tanış oldu.
   Sonda rayon sakini olan bir qrup aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli forması, çanta və məktəb ləvazimatları paylandı.

Keçidlər