Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz bağça” müsabiqəsinə yekun vuruldu və yeni istirahət parkının açılışı oldu

20 sentyabr 2014 | 10:00

    Sentyabrın 20-də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən “Ən təmiz bağça” müsabiqəsinə yekun vuruldu və 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı oldu.
    Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə RİH başçısının müavini Aygün Əliyeva çıxış edərək “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə məlumat verdi. A.Əliyeva rayonda böyük maraqla qarşılanan bu sosial layihədə uşaq bağçalarının aktiv iştirakını qeyd etdi. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırıldı və diplomlarla təltif edildilər.
    Tədbirin bədii hissəsində müsabiqə iştirakçısı olan 8 bağça konsert proqramları ilə çıxış etdi, körpə fidanların ifasında tamaşaçıların marağına səbəb olan bir-birindən gözəl musiqi nömrələri və səhnəciklər nümayiş etdirildi.
    Tədbirin bədii hissəsi respublikamızın tanınmış incəsənət ustalarının ifası ilə davam etdirildi.
    Yekunda aztəminatlı ailələrdən olan uşaqlara Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən velosipedlər hədiyyə edildi.

Keçidlər