Binəqədi rayonunda növbəti məhəllədaxili park istifadəyə verildi
«Abad Məhəllə» və “Təmiz Binəqədi” layihələri çərçivəsində rayonun ayrı-ayrı ərazilərində yeni istirahət parkları tikilir, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənir, müasir küçə fənərləri, yeni, yaraşıqlı dayanacaqlar quraşdırılır.
Yeni məhəllədaxili parklardan biri də 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 69 ünvanında salınıb. Ümumi hissəsinin 1350 kvadrat metr ərazisində qazon örtüyü salınan parkda bir fontan, iki söhbətgah, 24 işıq dirəyi, 20 oturacaq ,12 urna və idman qurğuları meydançası da quraşdırılıb. Bundan əlavə, sözügedən parkda 1000-dən çox müxtəlif adda yerli və Hollandiyadan gətirilmiş gül və ağac kolları, 165 jasmin sarmaşıq kolu, həmçinin jasmin çətiri əkilib. Parka açılan birinci mərtəbədəki mənzilləri gün işıqından və yağış sularından qorumaq üçün xüsusi günlüklər quraşdırılıb.
Bütün görülən işlərdə əsas məqsəd rayon sakinlərinin rahat və firavan yaşayışının təmin edilməsidir.
Sentyabrın 20-də parkın açılışı münasibətilə konsert proqramı təşkil edildi.