Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi

01 oktyabr 2014 | 10:00

Oktyabrın 1-də Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, rayon sakini olan ahıllar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə  Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək ahıllara göstərilən dövlət qayğısından danışdı, Prezident İlham Əliyevin daim onların rifahı üçün hərtərəfli şərait yaratdığını bildirdirdi və ahıllar adından ölkə başçısına minnətdarlığını ifadə etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ağsaqqalları, ağbirçəkləri təbrik edarək onlara ən xoş arzularını bildirdi. A.Əliyeva  cəmiyyətdə əldə olunan sosial təcrübənin gələcək nəsillərə ötürülməsi baxımından yaşlı insanların mənalı həyatından bəhrələnməyin çox vacib olduğunu vurğuladı. RİH başçısının müavini Prezident İlham Əliyevin yürütdüyü sosial yönümlü siyasətin vacib tərəflərindən birinin də ahıllara göstərilən dövlət qayğısının təşkil etdiyini diqqətə çatdırdı.
Tədbir rayonun 177 və 272 saylı uşaq bağçalarının ifaları ilə davam etdi. Tanınmış incəsənət ustalarının səsləndirdikləri mahnılar ahıllar tərəfindən böyük sevinclə qarşılandı.
Tədbirin sonunda ahıllara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

Keçidlər