Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin sentyabr ayında daxil olan müraciətlər

01 oktyabr 2014 | 10:00

      2014-cü ilin sentyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olan zənglərin sayı daxil olan zənglərin sayı 2587, cavablandırılan zənglərin sayı 2274, birbaşa cavablandırılan zənglərin sayı 1766,  yaradılmış əks əlaqələrin sayı 772, 1 operator üzrə zənglərin orta sayı 81, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub. İcraçılıq səviyyəsi 98 %, xidmət səviyyəsi 97,9 % olub.
     Şikayət xarakterli müraciətin 508-i və ya 98 %-nin icrası təmin edilib, o cümlədən 441-i və ya 88,6 %-i tam həll olunub, 11-i və ya 2,2 %-i qismən həll edilib, 46-ı və ya 9,2 %-i müvafiq izahat verilərək həll edilib, 10-u və ya 2 %-nin həlli icraatdadır.
     Sentyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 274-ü və ya 53,9 %-i su-kanalizasiya, 79-u və ya 15,6 %-i lift problemləri, 55-i və ya 10,8 %-i qaz təchizatı, 37-si  və ya 7,3 %-i zibil və tullantılar ilə əlaqədar, 19-u və ya 4 %-i yolların yararsız olması ilə əlaqədar, 15-i və ya 3 %-i sakinləri narahat edən digər məsələlər, 17-si və ya 3,3 %-i elektrik təchizatı ilə bağlı, 12-si və ya 2,4 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub. Ay ərzində xidmətə 30 təşəkkür müraciəti daxil olub.

Keçidlər