Binəqədi rayonunda sentyabr ayında aparılan abadlıq-quruculuq işləri
2014-cü ilin sentyabr ayında Binəqədi rayonu ərazisində 1132 ünvanda su və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 238 p/m su xətti dəyişdirilib, 205 p/m kanalizasiya xətti dəyişdirilib, 10592 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində 5290 p/m qaz xətti çəkilib, 519 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7, 8-ci mikrorayon, Z.Bünyadov prospekti, Azadlıq prospekti, A.Gəraybəyli, C.Hacıbəyli, Z.Qəmbərov küçələrində, 3 saylı istilik qazanxanasında istilik xəttində 85 metr boru, 41 ədəd siyirtmə dəyişdirilib.
6-cı mikrorayon və M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 10 ədəd ventil, 456 ədəd siyirtmə təmir edilib, aşağı paylama xəttində 14 metr boru bərpa edilib, 240 metr boru dəyişdirilib.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, 2 ədəd köhnə KTM-lər müasir tipli KTM-lə əvəz olunub.
NAYY 4x185 mm 140 metr kabel dəyişdirilib, XLPE 1x185 mm 600m kabel xətti çəkilib. 1 ədəd 400 kv transfarmator quraşdırılıb, 1 ədəd transformator məntəqəsi istifadəyə verilib.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində və Z.Əliyeva adına parkda yarasız 214 ədəd lampa, 72 ədəd drossel, 358 metr yanmış kabel dəyişdirilib.
18 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 yaşayış binasının girişləri təmir edilir, 8 binada 9576 kv. metr yumşaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəz edilməsi işləri davam etdirilir, 10 binada 12328 kv. metr yumşaq dam örtüyü təmir edilir.
8-ci mikrorayonda 4 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır. 8 binanın həyətində abadlıq işləri aparılır. 31 ədəd yeni işıq dirəyi quraşdırılıb.
Rayonun Binəqədi qəsəbəsi əsaslı şəkildə yenidən qurulub. Bir çox məhəllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Qəsəbədə fəaliyyət göstərən məktəb, uşaq bağçaları, mədəniyyət evi əsaslı təmir edilib. Su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülüb. Qəsəbənin G.Ramazanov küçəsi və ətraf küçələr abadlaşdırılıb. 182 saylı məktəbə gedən yolun sağ və sol hissəsində yaşıllıqlar salınıb, gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb. Həmçinin, elektrik naqilləri yenisi ilə əvəz olunub, qaz xətləri dəyişdirilib, küçə boyu evlərin və obyektlərin dam ortükləri yeniləri ilə əvəz edilib. Hasarlar aqlay örtüyü ilə üzlənib, evlərin giriş qapıları və pəncərələri dəyişdirilib, mərkəzi və ətraf küçələrə asfalt örtüyü döşənib. Binəqədi-Novxanı yolunda da abadlıq işləri aparılıb.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.