Şriftin ölçüsü :

Saytın rəngi :

14 noyabr - Ümumdünya diabet günüdür

14 noyabr 2012 | 11:00

2012-ci il noyabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümumdünya diabet günü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva açaraq, son dövrlərdə diabet xəstələrinin sayının artırdığını nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirdi.
Məruzə ilə çıxış edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova 14 Noyabr - Ümumdünya Diabet Günü haqda söz açaraq, bu günün qeyd edilməsini dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədi ilə 1991-ci ildən Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürüldüyünü və ölkəmizdə bu günün 2007-ci ildən başlayaraq Azərbaycan Diabet Cəmiyyəti və BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə hər il qeyd edildiyini bildirdi.
Daha sonra çıxış edən - Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini Akif Muxtarov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Zəminə Abbasova, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin həkim-endokrinoloqu Nəzakət Orucova, 15 saylı şəhər poliklinikasının həkim-endokrinoloqu Gülnar Qafarova və başqaları ölkə prezidentinin hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşması nəticəsində diabet xəstələrinə dövlət qayğısının gücləndirildiyini və Şəkərli Diabet üzrə Dövlət Proqramının qəbul edilməsi dövlət dəstəyinin buna bariz nümunə olduğunu bildirdilər.
Tədbir iştirakçılarına həmçinin diabet xəstəliyi haqqında məlumat kitabçaları və bukletlər paylandı.
 

Keçidlər