Şriftin ölçüsü :

Saytın rəngi :

Ordudan tərxis olunmuş Binəqədi gəncləri ilə görüş keçirildi

15 oktyabr 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2014-cü il oktyabrın 1-dən etibarən ölkəmizin hər yerindən həqiqi hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılıb.
Oktyabrın 15-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Ordudan tərxis olunmuş Binəqədi gəncləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri hərbi xidmətlərini layiqincə başa vuraraq geri dönmələri münasibətilə təbrik etdi, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu siyasətindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən danışdı.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərə dövlət qayğısından söz açdılar və onların Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildirdilər.
Tədbirdə iştirak edən gənclər də öz növbəsində, dövlətin ordudan tərxis olunmuş gənclərə diqqət və qayğısına görə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda həqiqi hərbi xidməti keçən gənclərə hərbi biletlər təqdim edildi.
Eyni zamanda, gənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirində iştirakı üçün şərait yaradıldı.

Keçidlər