Binəqədi rayonunda yazıçı, millət vəkili Hüseynbala Mirələmovla görüş keçirildi
Oktyabrın 31-də Binəqədi rayonu 276 saylı tam orta məktəbdə yazıçı, millət vəkili Hüseynbala Mirələmovla görüş keçirildi. Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə əsas məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi idi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov iştirak edirdi. Səmimi mühitdə keçən görüşdə yazıçı, millət vəkili Hüseynbala Mirələmov keçdiyi ömür yolundan danışdı, bir ziyalı və ictimai xadim kimi gənclərə öz dəyərli tövsiyyələrini verdi.
Binəqədi RİH başçısının müavini V.İsmayılov öz çıxışında gənclər arasında milli vətənpərvərlik, dövlətçiliyə sədaqət, güclü mənəviyyat ruhunun aşılanması baxımından belə görüşlərin əhəmiyyətini qeyd etdi, H.Mirələmovun əsərlərində belə ruhun üstünlük təşkil etdiyini vurğuladı.
Sonda məktəblilər H.Mirələmova suallarını ünvanladılar və tanınmış yazıçının tövsiyyələrini dinlədilər.