Sakinlərin Müraciət Xidmətinə oktyabr ayında daxil olan müraciətlər
2014-cü ilin oktyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olan zənglərin sayı 3850, cavablandırılan zənglərin sayı 3388, birbaşa cavablandırılan zənglərin sayı 2463, yaradılan əks əlaqələrin sayı 930, 1 operator üzrə zənglərin orta sayı - 102, tərtib edilən şikayət vərəqələrinin sayı 925, icraçılıq səviyyəsi 98,5 %, xidmət səviyyəsi 97,7 % olub.
Şikayət xarakterli müraciətin 911-i və ya 98,5 %-nin icrası təmin edilib, o cümlədən 848-i və ya 93,1 %-i tam həll olunub, 12-si və ya 1,3 %-i qismən həll edilib, 51-i və ya 5,6 %-i müvafiq izahat verilərək həll edilib, 13-ü və ya 1,5 %-nin həlli icraatdadır.
Oktyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 447-si və ya 48,3 %-i qaz təchizatı, 334-ü və ya 36,1 %-i su-kanalizasiya, 45-i və ya 4,9 %-i lift problemləri,14-ü və ya 1,5 %-i yolların yararsız olması ilə əlaqədar, 33-ü və ya 3,6 %-i sakinləri narahat edən digər məsələlər, 30-u və ya 3,2 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 1,2 %-i zibil və tullantılar ilə əlaqədar, 11-i və ya 1,2 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olmuşdur.
Ay ərzində 25 təşəkkür müraciətləri daxil olub.