Şriftin ölçüsü :

Saytın rəngi :

ƏƏSMN-nin Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin yeni inzibati binasının açılışı oldu

05 noyabr 2014 | 11:00

Noyabrın 5-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) müasir iş şəraiti ilə təmin olunmuş yeni inzibati binasının açılışı oldu.
Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak etdilər.
Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışaraq, Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhalinin sosial müdafiəsinin daim güclənməsinə səbəb olduğunu vurğuladı.
Sonra tədbir iştirakçıları mərkəzin əməkdaşlarının normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə baxılması üçün yaradılmış şəraitlə tanış oldular. Müasir texniki avadanlıqlarla və avtomatlaşdırılmış iş yerləri ilə təmin edilmiş mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün şüşə arakəsmələrlə əhatə olunmiş bölmələr yaradılıb. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin edilməsinə, mərkəzə daxil olan hər bir vətəndaşın burada gözləmədən dərhal qəbul edilərək müraciətlərinə baxılmasına xidmət edir. Mərkəzin divarlarına vurulmuş lövhələrdə sosial təminat növləri ilə bağlı qanunvericilikdən çıxarışlar və müvafiq izahatlar, tələb olunan sənədlərin nümunələri və s. təqdim olunur.
Binəqədi rayon ƏSMM-nin yeni inzibati binası Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə küçəsi 44 ünvanında yerləşir.

Keçidlər