Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda oktyabr ayında aparılan abadlıq-quruculuq işləri

06 noyabr 2014 | 11:00

2014-cü ilin oktyabr ayında Binəqədi rayonu ərazisində 344 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 386 p/m su xətti dəyişdirilib, 816 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 10340 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində 3347 p/m qaz xətti çəkilib.
6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində,  Z.Əliyeva adına parkda 208 ədəd yarasız lampa, 78 ədəd drossel və 366 metr yanmış kabel dəyişdirilib.
7, 8-ci mikrorayon, Z.Bünyadov prospekti, Azadlıq prospekti, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 123 metr boru və 10 ədəd siyirtmə dəyişdirilib. 6-cı mikrorayonda və M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 28 ədəd ventil, 12 ədəd siyirtmə təmir edilib və 39 metr boru bərpa edilib.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib. 1 ədəd 400 kv transfarmator quraşdırılıb. TM 49, 120, 267, 520, 599, 665, 728, 840, 845, 860, 904 yeni avadanlıqlarla təftiş olunub.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb. 
Dərnəgül yaşayış sahəsi, Naxçıvani küçəsi, Z.Bünyadov prospekti, 7 və 9-cu mikrorayonlara 843 metr elektrik kabel xətti çəkilib.
18 binanın fasadında əsaslı təmir işləri davam etdirilib, 15 yaşayış binasının girişində təmir işləri aparılıb. Azadlıq prospekti 28 saylı binanın həyətində abadlıq işləri aparılıb.10 binada 1050 kv. metr yumşaq dam örtüyü təmir edilib, 7 ədəd yeni lift quraşdırılıb.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, A.Sultanova adına parkda, R.Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə yeni ağaclar əkilib, ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.

Keçidlər