Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Şagird-cəmiyyət münasibətləri” mövzusunda məktəb psixoloqları üçün təlim keçirildi

08 noyabr 2014 | 11:00

4-6 noyabr 2014-cü il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti “Şagird-cəmiyyət münasibətləri” mövzusunda məktəb psixoloqları üçün təlim keçirildi.  Təlimin əsas məqsədi uşaqların zərərli vərdişlərdən qorunmasına, onların yeni texnologiyalardan düzgün istifadə etməsinə, təhsilə maraqlarının artırılmasına, həmçinin yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın sayının azalmasına nail olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, uşaqların düzgün formalaşması istiqamətində dövlətimizin siyasəti hər bir uşağın tam və hərtərəfli inkişaf etməsinə, layiqli vətəndaş kimi yetişməsinə yönəlmişdir. Uşaqların tam və hərtərəfli inkişafında mühüm amillərdən biri də məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Gənclərin inkişaf dövrünün bəzi böhranları mərhələləri var ki, bunlar da məhz məktəb illərinə təsadüf edir. Bu əsasən 11-15 yaşlarını əhatə edir. Bu səbəbdən də mövcud problemlərin  düzgün təhlil edilməsi və araşdırılması  üçün məktəblərdə psixoloji xidmətin fəaliyyət göstərməsi və məktəb psixoloqlarının xidməti vəzifələrinə diqqət verilməsi olduqca vacibdir.
Tədbirin açılışından  sonra təlimlərə  start  verildi. Təlimin yekununda  iştirakçılara Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aynur Abbasova tərəfindən sertifikatlar təqdim edilidi.

Keçidlər