Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun şagirdləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına ekuskursiyaya yola salındılar

09 noyabr 2014 | 11:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Binəqədi rayonundan olan məktəblilərin Quba-Qusar-Xaçmaz rayonlarına yola salınması mərasimi keçirildi.
      Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən seçilib. Təsdiq olunmuş proqramda Binəqədi məktəblilərinin Quba-Qusar-Xaçmaz rayonlarının Heydər Əliyev Mərkəzləri və parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərinin ziyarət edilməsi, bölgələr ilə yaxından tanış olmaları və asudə vaxtlarının səmərəli keçirilməsi nəzərə tutulub.
      9 noyabr 2014-cü il tarixində Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həyata keçirilən yolasalma mərasimində iştirak edən yeniyetmələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva şagirdlərə turun məqsədi barədə məlumat verərək, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi istiqamətində gördüyü işlərdən danışdı, bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunyagörüşünün artırılması istiqamətində mühüm töhvə olacağını vurğuladı.
        Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla yola düşdülər.

Keçidlər