Mənzil Fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması mövzusunda seminar keçirildi
11 noyabr 2014-cü tarixində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminar keçirildi.
Tədbirdə Azərbaycanın mənzil-kommunal sektorunda formalaşmaqda olan yeni münasibətlər, Mənzil Məcəlləsinə uyğun olaraq çoxmənzilli binaların idarə edilməsində yeni üsulların tətbiqi, bu sahədə Almaniyanın təcrübəsi və digər məsələlərə bağlı müzakirələr aparıldı.
Seminarda dövlət qurumları - Bakı şəhərinin rayonlarının İcra Hakimiyyətlərinin şöbə müdirləri və məsul işçiləri, Mənzil Kommunal Təssərüfat Birliklərinin (MKTB) nümayəndələri, Sumqayıt şəhərinin Mənzil Kommual Təsərrüfat Birliyi və bələdiyyəsinin səlahiyyətli şəxsləri, eləcədə beynəlxalq təşkilatların və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirinin müavini Sevinc Həsənova tədbirin keçirilməsinin məqsədindən danışaraq, Azərbaycanda mənzil-kommunal təsərrüfatlarının inkişafı istiqamətində mühüm işlərin görüldüyünü qeyd etdi. O Azərbaycan iqtisadiyyatının hər bir sahəsinin inkişaf etdiyini, kommunal xidmətlər sahəsində böyük layihələrin həyata keçrildiyini vurğulayaraq, mənzil təminatı məsələsində müvafiq işlərin həyata keçirildiyini bildirdi.
Çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə baş direktoru Henninq Tvesten tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. O mənzil fondunun idarəçiliyi sahəsində Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf edəcəyini vurğuladı.
Tədbirdə “Almaniyada mənzil mülkiyyətinin növləri və onların idarə olunması”, “Almaniyada mənzil mülkiyyətçiləri və mənzil idarəçiləri arasında münasibətlərin qurulması öhdəliklər və vəzifələr” mövzularında təqdimatla çıxış edən “GAG Ludviqshafen am Rain” şirkətinin nümayəndəsi Sonya-Müller Zaman Almaniya təcrübəsi haqda tədbir iştirakçılarına geniş məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov “Çoxmənzilli binaların yeni üsullarla idarə olunmasında Binəqədi rayonunun təcrübəsi” mözusunda çıxış edərək, əldə olunan təcrübə, yaradılmış Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyətinin (MMMC) mövcud fəaliyyəti, gördüyü işlər və gələcək perspektivlər haqda danışdi. Ramiz Göyüşov Binəqədi rayonu ərazisində altı MMMC-nin yaradıldığı,bunlardan dördünün qeydiyyatdan keçdiyi haqda məlumat verdi. O hazırda MMMC –lərin fəaliyyətlərinin daha da effektiv qurulması və həmçinin sakinlərlə aparılan işin daha da yüksək səviyyə çatdırılması üçün bir sıra təkliflərlə çıxış etdi.
Daha sonra GAG Ludviqshafen am Rayn sirkətinin məsul nümayəndəsi Klaus Şeffner ”Almaniyada çoxmənzilli binaların təmiri və bərpası, tikililərin energetik