Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminarla əlaqədar Azərbaycana səfər edən Almaniyalı qonaqlar Binəqədi rayonunda oldular

12 noyabr 2014 | 11:00

   Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminarla əlaqədar Azərbaycana səfər edən Almaniyalı qonaqlar                        12 noyabr 2014-cü il tarixdə Binəqədi rayonunda oldular.
İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-Kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, Almaniya Federativ Respublikasının “GAG Ludviqshafen am Rain” şirkətinin nümayəndələri    Sonya Müller-Zaman, Andre Müller-Zaman və Klaus Şeffner, Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının məsləhətçisi Mehdi Abdullayevi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qəbul etdi. Görüşdə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.
    Sonra qonaqlar Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət  Xidmətinin   fəaliyyəti ilə yaxından tanış oldular.
   Binəqədi rayonu  Heydər Əliyev adına istirahət parkını gəzən qonaqlar  burada yaradılmış şəraitlə və YAP Binəqədi Rayon Təşkilatının inzibati binası ilə və  Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzi ilə tanış  oldular.
   Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov Həmzə Babaşov küçəsində aparılan abadlıq və yenidənqurma işləri haqqında qonaqlara məlumat verdi.
Daha sonra qonaqlar Binəqədi rayonu ərazisində yaradılmış Binəqədi-1  MMMC-nin rəhbəri ilə görüşdülər, 8-ci mikrorayonda yerləşən nümunəvi məhəllələr və orada yeni salınmış parklarla tanış oldular.

 

 

 

 

 

Keçidlər