28 may qəsəbəsində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi
22 noyabr 2014 | 11:00
Noyabrın 22-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi. Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər iştirak etdilər.
Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfindən müsbət qarşılandı. Aksiya çərçivəsində 750 ağac əkilmişdir.