Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şimal bölgəsinə səfər etmiş məktəblilərlə görüş keçirildi
Noyabrın 27-də Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şimal bölgəsinə səfər etmiş məktəblilərlə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonda layihə ilə əlaqədar yaradılan Qərərgahın üzvləri, məktəblilər və valideynlər iştirak etdilər.
Görüş “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayon məktəblilərinin şimal bölgəsinə səfərini əks etdirən videoçarxın nümayişi ilə başladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından məktəbliləri salamladı, onlara uğurlar arzuladı. A.Əliyeva rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlərin bu layihə çərçivəsində bölgələrimizə səfərini həmin şagirdlər üçün əlamətdar hadisə kimi səciyyələndirdi. RİH başçısının müavini Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm istiqamətlərindən birinin də gənc nəslin keyfiyyətli təhsil alması, sağlam əsaslar üzərində və vətənpərvərlik ruhunda tərbiyə almasının təşkil etdiyini diqqətə çatdıraraq, belə layihələrin məktəblilərin bilik və savadı ilə yanaşı, dünyagörüşünün artmasına da töhfə verdiyini vurğuladı.
Rayonun 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova məktəblilərə yaradılan şəraitin onların formalaşması üçün bir stimul olduğunu qeyd etdi.
Binəqədi rayonu 83 saylı məktəb-liseyin direktoru Nəbi Mahmudov dövlət tərəfindən yaradılan bu şəraitin məktəblilərlə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət qoyduğunu diqqətə çatdırdı.
Görüşdə iştirak edən valideynlər “Ölkəmizi tanıyaq” layihəsinin təşkilinə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Məktəblilər öz səfər təəssüratlarından danışaraq, Azərbaycanın tarixi yerlərini, eləcə də qan yaddaşımıza həkk olunmuş Quba Soyqırımı Memorial Kompleksinə ziyarətləri, həmçinin bölgədə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeylərində olmalarının onların yaddaşında silinməz iz qoyduğunu qeyd etdilər.