6 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi
6 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri – Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, ictimai birliklərin rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İftar mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxundu.
Mərasimdə insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı - ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, ölkəmizdə əmin-amanlıqdan, savab işlərdən danışıldı.