Şriftin ölçüsü :

Saytın rəngi :

6 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Qurban Bayramı” münasibətilə qida təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi məqsədilə müşavirə keçirildi.

06 iyul 2022 | 08:59
6 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Qurban Bayramı” münasibətilə qida təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi məqsədilə müşavirə keçirildi. Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və RİH başçısı Aparatının əməkdaşları, Binəqədi Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik Şöbəsinin rəisi polis mayoru Orxan Rzayev, Rayon İcra Hakimiyyəti başçısının sahə və inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və Binəqədi Rayon Gigiyena Epidemoloji Mərkəzinin əməkdaşları iştirak etdi.
 
Müşavirə çərçivəsində Qurban Bayramı münasibətilə qida təhlükəsizliyinin təmin olunmasının hazırki vəziyyəti müzakirə olundu, qanunsuz kəsim məntəqələrinin fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq tapşırıqlar verildi.
Keçidlər