Şriftin ölçüsü :

Saytın rəngi :

6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzində 21 Sentyabr–Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh, dostluq və həmrəylik naminə” adlı tədbir keçirildi

21 sentyabr 2026 | 10:24

6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzində 21 Sentyabr–Beynəlxalq Sülh Gününə həsr olunmuş  "Sülh, dostluq və həmrəylik naminə” adlı tədbir keçirildi.

Tədbirin keçirilməsində əsas məqsədi uşaqlar və gənclər arasında sülh, həmrəylik, dostluq, qarşılıqlı hörmət və humanizm dəyərlərinin təbliği, eləcə də sülhün insan həyatında və cəmiyyətin inkişafında əhəmiyyətinin diqqətə çatdırılmasıdır.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün yaranma tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verdilər, sülhün qorunmasının, gənc nəslin sülh və humanizm ruhunda tərbiyə olunmasının vacibliyini vurğuladılar.

Tədbir çərçivəsində Mərkəzin dərnək üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya, şeirlər, musiqi nömrələri və müxtəlif təqdimatlar nümayiş etdirildi. Uşaqlar sülh, dostluq və həmrəylik mövzularında öz fikir və arzularını ifadə etdilər, sülhün, mehribanlığın və insanlar arasında qarşılıqlı anlaşmanın önəmini əks etdirən rəsm əsərləri  təqdim etdilər.

Keçidlər