Şriftin ölçüsü :

Saytın rəngi :

6 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-yeni tarixi izlərlə” adlı tədbir keçirildi

26 fevral 2025 | 09:57

26 fevral 2025-ci il tarixində 6 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı-yeni tarixi izlərlə” adlı tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, 6 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, mərkəzin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan aparıcı Xocalı faciəsi haqqında geniş məlumat verdi.

6 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirmiş və onun heç vaxt unudulmayacağını söylədi.  

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirdi ki, “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Heydər Əliyev Fondunun vitse-prezidenti və 2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir. 44 günlük Vətən  müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Ağdərə, Xankəndi şəhərlərində, eyni zamanda 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırıldı.

Tədbirdə məzkəzin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş rəsm işləri, şeirlər, səhnəciklər, musiqi kompozisiyaları təqdim edildi.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər