Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon təsərrüfatının 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığına həsr olunmuş Şura iclası keçirildi

20 noyabr 2012 | 11:00

2012-ci il noyabrın 20-də Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın Binəqədi Rayon Təsərrüfatının 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığınvəziyyətinə həsr olunmuş iclası keçirildi.
Rayon təsərrüfatınin 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığı barədə gündəlik məsələnin geniş müzakirəsindən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə həyata keçirilən geniş, irimiqyaslı abadlıq-quruculuq işləri barədə, o cümlədən, Bakı şəhərində, xüsusən də, son dövrlər Binəqədi rayonu ərazisində həyata keçirilən işlər barəsində geniş məlumat verildi.
2012-2013-cü illərin payız qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrin miqyasından, o cümlədən, çoxlu sayda tədris, məktəbəqədər, səhiyyə müəssisəsi və yaşayış evlərinin kanalizasiya, su, elektrik xətlərinin bərpası, asfalt örtüyünün yenilənməsi istiqamətində görülmüş bir sıra işlərindən danışılaraq mövsümə hazırlıqla əlaqədar qarşıda xeyli vəzifələrin oldüğu xüsusilə vurğulandı.
Sonra Binəqədi rayon təsərrüfatınin 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov və yerli xidmət təşkilatlarının rəhbər şəxsləri - Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisiƏdalət Rəcəbov, “Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 3 və 15 saylı istilik sistemləri istismar sahəsinin rəisi Rövşən Tağıyev, Binəqədi Rayon Qaz İstismar Sahəsinin rəisiİlkin Əliyev, Binəqədi Rayon Su Kanal Departamentinin rəisiRauf Osmanov, “Bakı Elektrik Şəbəkə” ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev görülmüş işlərin miqyası barədə məlumat verərək qarşıda duran həlli vacib məsələlər barədə məruzə etdilər.
Daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri və iş şöbəsinin müdiri Elnur İmanov Binəqədi rayonunda elektron xidmətlə əlaqədar görülən işlər barədə söz açdı.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında keçən dövr ərzində rayonun xidmət təşkilatları tərəfindən görülən işlərlə bərabər yerlərdən gələn ərizə və şikayətlər qeyd olunan məsələlərdə hələ də bir çox problemlərin olduğunu qeyd etməyə əsas verdiyini, xidmət sahələri üzrə işlərin günün tələblərinə uyğun təşkil edilməsi, təşkilati işlərdə asılılıqların aradan qaldırılması üçün əsaslı tədbirlərin görülməsi və maddi-texniki bazanın möhkəmləndirilməsinin hər bir xidmət təşkilatının əsas fəaliyyət prinsiplərinə çevrilməli olduğu bildirildi.
Rayon İcra Hakimiyyəti başçısı sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər Suranın müvafiq protokoluna daxil edildi.
Şura iclasının sonunda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.
 

Keçidlər