Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

29 noyabr 2014 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi. Aksiya metronun “Dərnəgül” stansiyası yaxınlığındakı parkın ərazisində reallaşdırıldı.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, xüsusilə, gənclər yüksək fəallıq nümayiş etdirdi, həmçinin bu nəcib aksiyada qeyri-millətlərin nümayəndələri də böyük həvəslə iştirak etdilər.
Aksiya zamanı ərazidə biomüxtəlifliyinin artırılması və floranın zənginləşdirilməsi üçün  200 ədəd zeytun ağacı əkildi.
Binəqədi rayonunun ayrı-ayrı ərazilərində keçirilən aksiyalarda sakinlər də fəal iştirak etdilər.

Keçidlər