Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqazın ən böyük məscidinə gedən yol abadlaşdırılır

02 dekabr 2014 | 11:00

Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və tikintisi yekunlaşan Qafqazın ən böyük məscid kompleksinin ətrafında abadlıq-quruculuq işləri də artıq yekunlaşmaq üzrədir. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprel ayından etibarən yeni yol salınıb və hazırda son tamamlanma işləri aparılmaqdır.
6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən birləşdirən yol 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 207 ünvanından başlayır. İki istiqamətli, dörd zolaqlı olan yolda 21 ədəd işıq dirəyi quraşdırılıb, müasir standartlara cavab verən asfalt örtüyü vurulub.
Svetlana  Məmmədova  205A ünvanında  yerləşən köhnə parkda abadlıq işləri aparılıb. Oktyabr ayından etibarən inşasına başlanılan yeni parkda ilkin mərhələdə 1500 kvadratmetrədək ərazidə yaşıl çəmən örtüyü salınıb, 6 ədəd leylandra ağacı, 500-dək müxtəlif  gül kolları  (qızılgül və xrizantema), 1 klumba, həmçinin 34 ədəd müxtəlif ağac əkilib, geniş bəyaz söhbətgah quraşdırılıb. Parkda 33 işıq dirəyi, 10 oturacaq, 12 urna, uşaq əyləncə, həmçinin idman meydançası yer alır. 246 saylı məktəbin önündə isə 16 ədəd leylandra növlü şam ağacları əkilib.
Sözügedən ərazinin abadlaşdırılması işləri çərçivəsində “Məscid döngəsi” kimi tanınan hissədə 125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 1 ədəd klumba (gül və ağac kompazisiyası), həmçinin 295 ədəd sarmaşıq kolu əkilib. Bundan əlavə, yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə 1600 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 25 ədəd buksus, 2400 ədəd  müxtəlif  güllər (qızılgül və xrizantema) əkilib.
Svetlana Məmmədova 205A, Üzeyir Hacıbəyov 2A, 4B, 4, 8 saylı yaşayış evlərinin də fasadlanması işləri də tamamlanmaq üzrədir.

Keçidlər