Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə noyabr ayında daxil olan müraciətlər

03 dekabr 2014 | 11:00

2014-cü ilin noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 4943, birbaşa cavablandırılan zənglərin sayı 3899,  yaradılan əks əlaqələrin sayı 1159, günlük  orta zəng sayı 156, tərtib edilən şikayət vərəqələrinin sayı 1044 olub. İcraçılıq səviyyəsi 92 %, xidmət səviyyəsi 87 % olub.

Şikayət xarakterli müraciətin 960-ı və ya 92 %-nin icrası təmin edilib, o cümlədən 790-ı və ya  82,3 %-i tam həll olunub, 20-si və ya 2,1 %-i qismən həll edilib, 150-si və ya 15,6 %-i müvafiq izahat verilərək həll edilib, 84-ü və ya 8 %-nin həlli icraatdadır.
Noyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 383-ü və ya 36,8 %-i istilik təchizatı, 260-ı və ya 24,9 %-i qaz təchizatı, 235-i və ya 22 %-i  su-kanalizasiya,  58-i və ya 5,7 %-i lift problemləri, 49-u və ya 4,8 %-i sakinləri narahat edən digər məsələlər, 20-i və ya 1,9 %-i yolların yararsız olması ilə əlaqədar, 16-ı və ya 1,6 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 13-ü və ya 1,3 %-i elektrik təchizatı ilə bağlı, 10-u  və ya 1 %-i zibil və tullantılar ilə əlaqədar olub. Xidmətə ay ərzində  65 təşəkkür müraciəti daxil olub.

Keçidlər