Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı ətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi həyata keçirilir

04 dekabr 2014 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı ətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin növbəti mərhələsi Binəqədi rayonunun qəsəbələrində yaşayan gənc sahibkarların iştirakı ilə davam edir. Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Sahibkarlar Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Gənc sahibkarlara “Sahibkarlıq fəaliyyəti və məqsədlər”, “Sahibkarlıqda marketinq və satış strategiyası”, “Bazar çevrəsi və bazar fürsətləri”, “Vergilər”, “Mühasibat uçotu” adlı təlimlər keçirilir.
Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4 bəndinə - Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilir.

Keçidlər