Binəqədi rayonunda noyabr ayında aparılan abadlıq-quruculuq işləri
2014-cü ilin noyabr ayında Binəqədi rayonu ərazisində 529 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 235 p/m su xətti dəyişdirilib, 757 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 39 p/m kanalizasiya xətti dəyişdirilib, 12420 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi QİS ərazisində 2084 p/m qaz xətti çəkilib və 146 ədəd smart kart tipli sayğac quraşdırılıb, işlər davam etdirilir.
7, 8-ci mikrorayonlarda, Z.Bünyadov, Azadlıq prospektlərində, C.Hacıbəyli və Naxçıvani küçələrində binaların istilik xəttində 343 metr boru dəyişdirilib.
270, 271 və 274 saylı qazanxanalar üzrə 4950 p/m müxtəlif ölçülü borular yenidən çəkilib və 34 yaşayış binasının aşağı paylama sistemi yenilənib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb.
7-ci mikrorayonda 3 saylı və Atatürk prospekti 64 saylı binalara yeni kabel xətləri çəkilib.
Xutor yaşayış sahəsində 1 ədəd 630 kv-luq KTM, Baksol yaşayış sahəsində 1 ədəd 630 kv transformator quraşdırılıb.
TM-9-da 1 ədəd 630kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli ilə əvəz edilib, KTM-840-da təmir işləri aparılıb.
6, 7, 8, 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 173 ədəd yararsız lampa, 53 ədəd drossel və 389 metr yanmış kabel dəyişdirilib.
Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon. N.Məmmədov küçəsində, H.Əliyev parkında, Z.Əliyeva adına parkda, F.Hümbətov adına parkda, A.Sultanova adına parkda, R.Aboyev adına parkda, Azadlıq prospekti metrosunun üstündə, Dərnəgül metrosuna yaxın ərazidə yeni ağaclar əkilib, ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
23 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 yaşayış binasının girişlərində təmir işləri aparılır.
12 binada 2110 kv.metr yumşaq dam örtüyü təmir edilib. Azadlıq prospekti 28 və 196 saylı binanın həyətlərində abadlıq işləri aparılıb.
7 ədəd yeni lift quraşdırılıb və 16 ədəd lift əsaslı təmir edilib.